İdman24
Digər · APA Sport

“Qalatasaray” 121 yaşında!

Türkiyənin “Qalatasaray” klubunun yaranmasının 121-ci ildönümüdür. Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Klub paylaşımında “Qalatasaray”ı “ilklərin və ənlərin komandası” adlandıraraq qurucu Ali Sami Yen və onun yoldaşlarını yad edib: “İlklərin və ənlərin komandası, Türkiyənin ən böyüyü ‘Qalatasaray’ımızın 121 yaşı tamam olur! Göstərdiyi hədəf istiqamətində getdiyimiz bu yolda ölümsüz qurucumuz Ali Sami Yeni və dostlarını sevgi, hörmət və həsrətlə yad edirik”. Qeyd edək ki, 1 oktyabr 1905-ci ildə Ali Sami Yen və dostları tərəfindən yaradılan “Qalatasaray” bu gün 121 yaşını qeyd edir. İstanbul təmsilçisi Türkiyə çempionatının 26 qat qalibidir. “Sarı-qırmızılar” 2000-ci ildə UEFA Kuboku və UEFA Superkubokunu qazanaraq Avropa kubokuna sahib çıxan ilk və hələlik yeganə Türkiyə klubu olub.

Orijinal mənbə

İdman24 əsas səhifə