İdman24
Futbol · Report İdman

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 28° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər Futbol 22 sentyabr, 2026 15:37 Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar.

Bu barədə "Report" a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadın futbolunun inkişafı və təbliği, qızların futbola və idmana cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir zamanı futbolçuların iştirakı ilə imza sessiyası təşkil olunub və qadın futbolunun təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra tələbələrin suallarının cavablandırıldığı panel keçirilib. Paneldə yığmanın futbolçuları və məşqçiləri təcrübələrini tələbələrlə bölüşüblər.

Proqramın davamında nümayəndə heyəti Qarabağ Universitetinin kitabxana və laboratoriyaları ilə tanış olub.

Səfərin sonunda yığmanın üzvləri, məşqçilər heyəti və AFFA nümayəndələri Xankəndi şəhərində yerləşən Zəfər parkını ziyarət ediblər.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 28° C Son xəbərlər 16:44 "Avtovağzal" və "Xocəsən" metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb İnfrastruktur 16:37 Azərbaycan Gürcüstandan qoyun və keçi alışına çəkdiyi xərci 24 % azaldıb ASK 16:25 Rəşad Eyubov: "Nəriman Axundzadə şəxsi ambisiyalarını komandadan üstün tutmur" Futbol 16:17 Foto Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim proqramı təşkil olunub Fərdi 16:15 "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH Analitika 16:12 "FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib Maliyyə 16:11 Tahir Tağızadə Serbiya XİN-in dövlət katibi Damyan Yoviç ilə əməkdaşlığı müzakirə edib Xarici siyasət 16:10 Foto Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib İdman 16:06 Video Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi Elm və təhsil Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə