İdman24
Digər · APA Sport

Cenk Sümer: “Bu layihə 1 illik, və ya 1 mövsümlük deyil”

“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer klubun rəsmi saytına müsahibə verib.

Apasport.az həmin müsahibəni təqdim edir.

– Cenk bəy, artıq yeni mövsüm başladı. Fasilə dövründə klubun transfer siyasətini və komandanın hazırlıq prosesini necə dəyərləndirirsiniz? – Əvvəlcə onu qeyd edim ki, UEFA Konfrans Liqasında Minsk “Dinamo”su ilə görüşlərin nəticəsi hər birimizi məyus etdi. Əlbəttə, avrokuboklarda irəliləmək istəyirdik, lakin kiçik detalların və müəyyən mənada bəxtsizliyin qurbanı olduq. İlk matçda adi səhvlərdən gözlənilməz qollar buraxdıq. İkinci oyunda toparlanıb fərqi aradan qaldırmağa hazır idik, lakin rəqib intizamlı müdafiə olundu, müdafiəni yarmaq mümkün olmadı və əlimizə düşən imkanlardan yararlana bilməyərək mübarizəni dayandırdıq. Buna görə azarkeşlərimizdən üzr istəyirik. İndi artıq diqqətimizi Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarına yönəltmişik. Hər iki turnirdə yüksək hədəflər uğrunda əzmlə mübarizə aparacağıq. Transfer siyasətimizə gəlincə, mütləq vurğulamalıyam ki, son bir neçə ayda futbol departamenti və skaut qrupunu yenidən strukturlaşdırmışıq. Bu yenidənqurma oyun modelimizə uyğun futbolçuların tapılmasından seçilməsinə, heyətimizə qatmaq istədiyimiz oyunçuların detallı izlənilməsindən baş məşqçiyə təqdim olunmasına qədər böyükmiqyaslı bir işdir. Oyunçu izləmə platformalarının sayı artıb, şəbəkə genişləndirilib. Səhvləri minimuma endirmək üçün əlimizdən gələni edirik. Ötən mövsüm başa çatdıqdan sonra komanda və heyət hərtərəfli təhlil edildi. Bu, yalnız son 1-2 ayı deyil, bütöv mövsümü, hətta daha əvvəlki dövrü əhatə edən dərin bir təhlil idi. Baş məşqçimizlə birgə transfer ehtiyaclarını və gücləndirilməli olan mövqeləri dəqiqləşdirdik. Oyun modelimizə və baş məşqçinin tələblərinə uyğun futbolçular müəyyən edildi. Düşünürəm ki, hazırda uğurlu transfer dönəmi keçiririk.

– Yeni gələn futbolçuların uyğunlaşması üçün vaxt lazımdır, bu barədə komandamızın baş məşqçisi Yuri Vernidub da müsahibəsində demişdi. Bəs bu transferlərin reallaşması necə baş verdi? – Hər transfer bir hekayədir. Hər futbolçu bir fərd olduğu üçün karyerasına, həyata yanaşması fərqli olur. Bəzən danışıqlar uzun çəkir, bəzən qısa. Amma istənilən transferin arxasında dayanan ilk və ən vacib məsələ klubun özünün həyata keçirdiyi layihəyə inanması və cəlb etmək istədiyi futbolçunu da buna inandırmasıdır. Ayrı-ayrılıqda qeyd etsək, Qustavo Klisman Portuqaliya Premyer Liqasından gələn, fərqli keyfiyyətlərə malik yüksək səviyyəli futbolçudur. Son illərdə bu ölkədən Azərbaycana gələn oyunçuların sayı çoxalıb, amma Premyer Liqadan futbolçu gətirmək hər dəfə alınmır. Düşünürəm ki, bu bizim uğurumuzdur. Endryu Qravilyon, mübaliğəsiz deyə bilərəm ki, Avropa səviyyəli oyunçudur. Onun qitənin iddialı liqalarından təklifləri var idi, lakin biz onu layihəmizə inandıra bildik. Lyubomir Tupta Slovakiya millisinin üzvüdür. Azərbaycan Premyer Liqasında bu səviyyədə oyunçuların sayı azdır. Hazırda uyğunlaşma prosesi keçir və ən yaxın zamanda komandaya ciddi xeyirinin dəyəcəyinə inanıram.

Rüfət Abbasov – öz yetirməmizdir, qürurumuz olacaq və ölkəmizi Avropada layiqincə təmsil edə biləcək potensiala malikdir. Onun transferi həm bu günümüzə, həm də gələcəyimizə yatırılan investisiyadır. Yeri gəlmişkən, daha bir yetirməmiz – yayda Kiprin “Pafos” klubuna keçən Murad Məmmədov da bugünlərdə avrokuboklarda fərqləndi. Komandası mərhələ adlaya bilməsə də, gənc futbolçumuzun yavaş-yavaş əsas silahlardan birinə çevrilməsi bizi qürurlandırmaqla yanaşı, “Neftçi” akademiyasının da yüksək səviyyəli işindən xəbər verir. O ki qaldı son transferimiz Alen Şkribekə, düşünürəm ki, azarkeşlərimiz onu izləyiblər və hansı keyfiyyətlərə malik olduğunu görüblər. Macarıstan çempionatının hazırda ən yüksək dinamika ilə inkişaf edən futbolçularından birini heyətə qatmaq asan məsələ deyil. Onu mart ayından izləyirdik, klubu və özü ilə çoxdan təmasda idik və nəticədə bu transferi reallaşdırdıq.

– Klub bəzən transferlərin azlığına, yaxud gecikməsinə görə tənqid olunur. Buna münasibətiniz necədir? – Azarkeşləri anlayıram, onlar komandaları üçün ən yaxşısını istəyirlər. Amma biz də bunu istəyirik və güclənmək üçün əlimizdən gələni edirik. İstənilan halda, məhsuldar transfer dönəmi keçirdiyimizi düşünürəm. Adını çəkdiyimiz bütün futbolçuların komandaya cəlb edilməsinin arxasında skaut qrupumuzun, futbol departamentinin və məşqçi heyətinin aylarla sürən gərgin əməyi dayanır. Ola bilsin ki, yeni gələnlərlə birgə bu yay Avropada istədiyimiz nəticələri əldə edə bilmədik, lakin gündəlik məşq prosesindən və aparılan təhlillərdən görürük ki, komanda inkişaf edir və bunun müsbət nəticələri özünü qısa zamanda göstərəcək.

Unutmayaq ki, ötən mövsümün əvvəlində biz komandanın demək olar 80%-i dəyişdik. Bu qədər ciddi islahatlardan sonra futbolçuların ölkəyə, komandaya və bir-birinə uyğunlaşması vaxt almalı idi, aldı da. Bu il isə heyətin böyük hissəsi ilə yolumuza davam edirik, transferlərimiz “nöqtə atışlarıdır”, rəqabəti və keyfiyyəti artırmağa hesablanıb. Tutduğumuz yol budur.

– Bundan sonra da yeni futbolçuların gəlişi gözlənilirmi? – Əlbəttə, “Neftçi”də transfer işi heç vaxt bitmir. Bu, fasiləsiz və daimi bir prosesdir. Ümumiyyətlə, optimal heyəti formalaşdırmaq və sistem oturtmaq üçün 1 deyil, 2, 3, hətta bəzən 4 transfer dönəmi tələb olunur. Unutmayaq ki, 1 il ərzində transfer pəncərəsi 3 dəfə açılır və biz 12 ay boyunca fasiləsiz çalışırıq. Bu prosesdə səbirli olmaq çox önəmlidir, çünki futbolçu transferi irili-xırdalı bir çox aspekti olan mürəkkəb prosesdir.

Mən deyərdim ki, biz qısa müddətdə 5 deyil, faktiki olaraq 7 transfer etmişik. Bu sıraya Freddi Varqas və Breno Almeydanı da əlavə edərdim. Çünki bu futbolçular da formalaşdırmaq istədiyimiz optimal heyət modelinin və oyun sisteminin ayrılmaz tərkib hissələridir. Həm Freddi, həm də Brenonun qış fasiləsindən sonra komandaya necə böyük fayda verdiyini hər birimiz gördük. Varqası 1 illik icarədən sonra tam hüquqlu olaraq heyətimizə qatdıq. Freddinin özü də başqa təklifləri olmasın

Orijinal mənbə

İdman24 əsas səhifə