İdman24
Digər · APA Sport

Gəncə stadionunda mənfi əlamətlər: qazon yanıb! - FOTO

Gəncə şəhər stadionunun qazonu yanıb.

“Apasport”un Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, ardıcıl keçirilən matçlar meydançanın durumuna mənfi təsir edib.

I Liqanın “Gəncəbasar” - “Xankəndi” oyunundan öncə qazonun əksər hissələrində kəskin saralma müşahidə olunur.

Qeyd edək ki, bu qarşılaşma son 11 gündə Gəncə şəhər stadionunda keçirilən 3-cü matç olacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə