Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək

İlham Əliyev Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək Biznes 05 noyabr, 2026 12:35 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda lotereya və mərc operatorlarının xalis gəlirdən 22 % vergi ödəməsi, oyunçuların isə 500 manatdan yuxarı uduşlarına tətbiq edilən 10 %-lik vergidən azad olunması təklif edilir.
"Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Qanun layihəsinin əsas mahiyyəti vergi ödəyicisinə vergitutma bazasını müstəqil seçmək imkanının verilməsidir. Ümumi dövriyyədən deyil, GGR (Gross Gaming Revenue), yəni satışdan uduşlar çıxıldıqdan sonra qalan xalis gəlirdən vergi ödənilməsi müasir dünya təcrübəsində ən ədalətli və mütərəqqi model hesab olunur.
Sənəddə vurğulanıb ki, mövcud sistemdə dövriyyədən vergi tutulması operatorun real qazancını deyil, iştirakçıya geri qaytarılan məbləğləri də vergi yükünə salaraq daha sadə mexanizm olsa da, daha çox vergi yükü təsəvvürü yaradırdı. 22% dərəcəsi ilə GGR modelinin tətbiqi operatorların maliyyə dayanıqlığını artırır və onlara daha cəlbedici uduş fondları təklif etməyə şərait yaradır ki, bu da dolayısı ilə oyunçuların qeyri-leqal xarici saytlardan yerli leqal platformalara keçidini sürətləndirərək kölgə iqtisadiyyatının daralmasına xidmət edir.
Eyni zamanda, layihədə 2027-2029-cu illər üzrə nəzərdə tutulan minimum vergi ödəyimi (müvafiq olaraq 100%, 105% və 110%) mexanizmi dövlət və biznes arasında maraqların balansını qoruyan mühüm fiskal vasitədir. Bu yanaşma yeni vergitutma metoduna keçid zamanı büdcə daxilolmalarında yarana biləcək riskləri sığortalayır və dövlət gəlirlərinin sabitliyini təmin edir. Digər tərəfdən, bu üçillik keçid dövrü vergi ödəyicisinə öz biznes modelini yeni şərtlərə uyğunlaşdırmaq və investisiya planlarını proqnozlaşdırıla bilən hüquqi mühitdə qurmaq imkanı verir ki, bu da ölkədəki investisiya mühitinin cəlbediciliyini artırır və hüquqi müəyyənlik prinsipini gücləndirir.
Nəticə etibarilə, bu dəyişikliklərin gələcək dövrlərdə sektorda şəffaflığın artmasına, mühasibatlıq uçotunun beynəlxalq standartlara tam uyğunlaşmasına və bazarın daha rəqabətqabiliyyətli olmasına zəmin yaradacağı proqnozlaşdırılır. Belə bir kompleks yanaşmanın həm dövlət büdcəsinin maraqlarını uzunmüddətli perspektivdə sığortalayacağı, həm də sahənin sağlam və dayanıqlı inkişafı üçün zəruri hüquqi bazanı formalaşdıracağı gözlənilir.
Həmçinin, bu sahədə mövcud olan beynəlxalq təcrübə göstərir ki, idman mərc oyunları sahəsində vergi yükünün balanslı şəkildə müəyyən edilməməsi oyunçuların lisenziyalı operatorlardan uzaqlaşaraq lisenziyasız və nəzarətsiz platformalara yönəlməsinə səbəb ola bilər. Bu isə öz növbəsində qeyri-rəsmi (qara) bazarın genişlənməsinə, dövlət nəzarətinin zəifləməsinə, vergi daxilolmalarının azalmasına və istehlakçı hüquqlarının müdafiəsi imkanlarının məhdudlaşmasına gətirib çıxarır.
Vergi Məcəlləsinin 102.1.26-cı maddəsinə əsasən, lotereya və idman mərc oyunları üzrə əldə olunan uduşların 500 manatadək hissəsi gəlir vergisindən azad edildiyi, həmin məbləğdən artıq hissədən isə vergi tutulduğu üçün yüksək məbləğdə uduş əldə edən oyunçuların bir qisminin vergi öhdəliyindən yayınmaq məqsədilə qeyri-rəsmi mərc platformalarına üz tutması riski yaranır. Bu baxımdan, qanuni fəaliyyət göstərən operatorların rəqabət qabiliyyətinin qorunması, oyunçuların lisenziyalı bazarda saxlanılması və qara bazarın payının azaldılması məqsədilə 500 manatdan yuxarı uduş məbləğlərindən tutulan 10 % dərəcəsi ilə verginin ləğv edilməsi (stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olmaqla) və ya bu sahədə vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.
Bildirilib ki, belə yanaşma oyunçuların qanuni operatorlara marağını artırmaqla yanaşı, bazarın şəffaflığının yüksəlməsinə, dövriyyənin leqallaşmasına və uzunmüddətli perspektivdə dövlət nəzarətinin daha effektiv həyata keçirilməsinə xidmət edə bilər.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Aysel Aslan Sosial şəbəkələrdə paylaşın Kopyalandı В Азербайджане предложили отменить налог на выигрыши свыше 500 манатов --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 15:34 Madaqaskarlı nazir dövlət idarəçiliyində şəffaflığı təmin etməyə çağırıb Xarici siyasət 15:25 AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir ASK 15:22 Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib İKT 15:21 Foto Azərbaycan-Gürcüstan hərbi təhsildə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb Hərbi 15:13 Gürcüstan dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edir Xarici siyasət 15:10 Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro köçürüb Digər ölkələr 15:08 Nəriman Axundzadə: "Ərzurumspor"da daha çox forma şansı qazanacağıma inanıram" Futbol 15:06 Akvakultura Mərkəzi: Balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstün ola bilər ASK 15:02 Foto Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edib Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.