Azər Bağırov: "Arsen Venger kimi mütəxəssislə fikir mübadiləsi məşqçilər üçün olduqca dəyərlidir"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azər Bağırov: "Arsen Venger kimi mütəxəssislə fikir mübadiləsi məşqçilər üçün olduqca dəyərlidir" Futbol 28 oktyabr, 2026 11:33 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Arsen Venger kimi futbol eksperti ilə fikir mübadiləsi aparmaq məşqçilər üçün böyük əhəmiyyət daşıyır.
Bu barədə "Report" a "Şamaxı" komandasının baş məşqçisi Azər Bağırov açıqlama verib.
42 yaşlı mütəxəssis FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə Bakıda təşkil edilən "ustad dərsi" ilə bağlı düşüncələrini paylaşıb:
"Ümumi olaraq çox yaxşı görüş keçdi. Zəngin karyeraya malik belə bir mütəxəssislə fikir mübadiləsi müsbət enerji aşıladı. Bu cür peşəkar insanla təcrübə paylaşmaq biz məşqçilər üçün son dərəcə vacibdir. Belə görüşlərin daha tez-tez baş tutması böyük əhəmiyyət daşıyır. Təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də bu cür seminarların təşkili futbolumuzun inkişafı baxımından daha faydalı olar".
A.Bağırov FIFA U-15 dünya çempionatı və festivalı üçün Azərbaycana gələn Arsen Vengerin müxtəlif mövzulara toxunduğunu qeyd edib:
"Müzakirə olunan mövzular məşqçilik meyarları və xüsusilə seleksiya ilə bağlı məsələlər idi. Bir məşqçinin fəaliyyətində seleksiyanın nə dərəcədə əhəmiyyətli olduğu diqqətə çatdırıldı. "Arsenal" klubunda uzun illər ərzində skaut şöbəsinin nə qədər effektli fəaliyyət göstərməsi buna sübut olaraq nümunə gətirildi. Maraq doğuran sual-cavablar oldu. Arsen Venger karyerası haqqında danışdı, məşqçinin zirvəyə yüksəlməsi ilə bağlı fikirlərini bölüşdü. Ümumilikdə çox maraqlı bir görüş keçirildi".
Xatırladaq ki, AFFA-nın dəstəyi ilə FIFA tərəfindən keçirilən tədbirdə Misli Premyer Liqası klublarının və milli komandaların baş məşqçiləri, köməkçi məşqçilər, eləcə də AFFA nümayəndələri iştirak ediblər.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:42 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub Digər 12:42 Allahşükür Paşazadə: Dini mərkəzlər arasında əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir Din 12:38 Ramin Məmmədov: Azərbaycan dini və mədəni müxtəlifliyə malik ölkə kimi özünü sübut edib Mədəniyyət siyasəti 12:31 Zelenski Əbu-Dabidə ABŞ və Rusiya danışıqlar qrupları ilə görüş keçirməyi təklif edib Region 12:25 Foto Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib Futbol 12:25 Vladimir Fekete dini liderləri dindarlar arasında qarşılıqlı hörmət mühitinin gücləndirilməsinə çağırıb Din 12:20 Azərbaycanda KOB-ların "yaşıl enerji" şəbəkəsinə qoşulması üçün əsas şərt açıqlanıb Energetika 12:19 Bu bank minimum 8,5 %-lə kredit təklif edir Maliyyə 12:17 Zelenski: Hər ay "Patriot" üçün cəmi 12 raket alırıq, ehtiyacımız isə bundan çoxdur Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.