Basketbol · APA Sport
“Neftçi” Avropa Kubokunda növbəti matçına çıxır - YENİLƏNİR

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin H qrupunun ikinci turunda Latviyanın VEF (Riqa) klubu ilə qarşılaşacaq.
Görüş saat 19:00-da, “Sərhədçi” İdman Sarayında start götürəcək.
Qeyd edək ki, “Neftçi” ilk turda Yunanıstanın “Mikonos” komandasına 58:78 hesabı ilə məğlub olub.