Digər · APA Sport
ML: İtaliya Fransaya qarşı - YENİLƏNİR

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçiriləcək.
A Liqasının 1-ci qrupunda Türkiyə millisi Belçikanı qəbul edəcək. Qrupun digər görüşündə İtaliya Fransa ilə üz-üzə gələcək.
A Liqasının 3-cü qrupunda isə İspaniya səfərdə Çexiyanın qonağı olacaq. İngiltərə millisi Xorvatiyanı qəbul edəcək.
C Liqasında da dörd qarşılaşma baş tutacaq. Ermənistan Kiprlə, Monteneqro Latviya ilə, Albaniya Finlandiya ilə, San Marino isə Belarusla qarşılaşacaq.