"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb Formula 1 18 sentyabr, 2026 10:02 "Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Bu barədə "Report" a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Həmçinin, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.
Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.
İlkin məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız "Yaşayış Yerinə Giriş İcazəsi" ilə mümkün olacaq.
Bununla yanaşı, son üç ilin təcrübəsinə əsasən, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Belə ki, 21 və 22 sentyabr tarixlərində aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.
23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.
● Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
● M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
● S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
● Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
● Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
● Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
● Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
● İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
● Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.
Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.
Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi 50 km/saat olacaq.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi bu il 24-26 sentyabr tarixlərdə keçiriləcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:15 Naxçıvanda qadın sahibkarların layihələrinə 1,4 milyon manatdan çox maliyyə ayrılıb Maliyyə 14:10 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Hadisə 14:04 Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" Turizm 14:04 Macarıstan gələn ilin oktyabrına qədər Rusiya qazından imtina etməyə hazırlaşır Digər ölkələr 14:03 Azərbaycan Kubokunun final oyununun Gəncə stadionuna salınmasının səbəbi açıqlanıb Futbol 13:59 Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar Fərdi 13:58 Böyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb Digər ölkələr 13:54 Teymur Əliyev: "SOCAR-ın 8 startapı ayrıca şirkət kimi fəaliyyət göstərməyə hazırdır" Energetika 13:52 AQEM-in Baş katibi Azərbaycanın səfiri ilə təşkilatın nailiyyətlərini müzakirə edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.