İdman24
Futbol · APA Sport

“Trabzonspor”dan növbəti səs-küylü transfer – Fabinyo Türkiyə klubunda

“Trabzonspor” heyətini ulduz futbolçu Fabinyo ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Türkiyə klubu braziliyalı yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, Fabinyo hər mövsüm üçün 2 milyon 600 min avro maaş alacaq.

Bundan başqa, 32 yaşlı futbolçuya 1 milyon 400 min avro imza pulu ödəniləcək.

Qeyd edək ki, Fabinyo karyerası ərzində “Monako”, “Liverpul” və “Əl-İttihad” kimi klubların formasını geyinib.

Braziliyalı futbolçu “Liverpul”la İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasının qalibi olub.

Orijinal mənbə

İdman24 əsas səhifə