Döyüş İdmanı · APA Sport
Taekvondoçularımız İordaniyada hazırlıq keçir

Azərbaycanın taekvondo üzrə milli komandasının üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli İordaniyada təlim-məşq toplanışındadır.
Apasport.az xəbər verir ki, hazırlıq prosesi böyüklərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında keçirilir.
Toplanış Qazaxıstanın paytaxtı Astanada noyabrın 28-29-da təşkil olunacaq “Grand Prix Final” turnirinə hazırlıq məqsədi daşıyır.
İordaniyadakı təlim-məşq toplanışına noyabrın 21-də yekun vurulacaq.
Qeyd edək ki, sözügedən yarışda Azərbaycanı Qaşim Maqomedov (58 kq) təmsil edəcək.