Futbol · APA Sport
“Sabah”dan tarixi GÖSTƏRİCİLƏR

“Sabah” bir neçə rekordla ölkə futbolu tarixinə düşüb.
Apasport.az xəbər verir ki, “bayquşlar” UEFA Çempionlar Liqasındakı debüt mövsümündə əsas raunda qədər irəliləyən ilk Azərbaycan klubu olub.
Valdas Dambrauskasın yetirmələri UEFA Çempionlar Liqasında 4 mərhələ adlayaraq əsas raunda vəsiqə qazanan ilk və yeganə Azərbaycan komandası kimi tarixə düşüb.
Həmçinin “Sabah” bir mövsümdə təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk Azərbaycan klubu olub.