Voleybol · APA Sport
“DH Volley” CEV Çelenc Kubokunda mübarizəyə başlayır

Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 1/32 final mərhələsində Danimarkanın “Holte IF” klubu ilə qarşılaşacaq.
Oktyabrın 27-də Danimarkada keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komandalar arasında cavab görüşü isə noyabrın 5-də Bakıda təşkil olunacaq.