Digər · APA Sport
Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”

“Uilliams” komandasının pilotu Aleks Albon “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, o, yarışla bağlı fikirlərini bildirib:
“Bakı trası bizim bolidə uyğundur. Orta və aşağı sürətli döngələrdə yaxşı nəticə göstərə bilirik. Əvəzində uzun döngələri çox sevmirik. Amma bu trasda belə döngələr demək olar ki, yoxdur. Burada əvvəlki yarışlarda da kifayət qədər sabit çıxış etmişik. Bu dəfə də eyni nəticəni göstərəcəyimizə ümid edirəm. Dürüst olmalıyıq. Kağız üzərində nə etməli olduğumuzu bilirik. Komanda mövsümün ortasında müsbət dəyişikliklər üçün böyük iş gördü".
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.