Gökhan Edman: "EEVZA çempionatında ilk "üçlüy"ə düşməyi hədəfləyirik"

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 24° C USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Gökhan Edman: "EEVZA çempionatında ilk "üçlüy"ə düşməyi hədəfləyirik" Komanda 01 oktyabr, 2026 15:20 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) ilk "üçlüy"ə düşməyi hədəfləyir.
Bunu "Report" a açıqlamasında adıçəkilən yığmanın baş məşqçisi Gökhan Edman deyib.
Türkiyəli mütəxəssis millinin turnirə yaxşı hazırlaşdığını söyləyib:
"EEVZA bizim üçün çox önəmli turnirdir. Yaxşı hazırlaşdığımızı düşünürəm. Bu yarışda mübarizə apara biləcək komanda yaratmışıq. Bu yığma ilə çalışan əvvəlki mütəxəssislərə də təşəkkürümüzü bildiririk. Bizə çox yaxşı komanda saxlayıblar. Qrupda Polşa və Latviya ilə mübarizə aparacağıq. Qrupda birinci yeri tutan ilk pillə uğrunda, ikinci olan isə üçüncü yer uğrunda yarışacaq. Rəqiblərimizə qarşı yaxşı mübarizə aparacağımızı düşünürəm. İlk "üçlüy"ə düşməyi xəyal edirik".
O, hazırda Qubada təlim-məşq toplanışı keçən komandanın son durumu barədə danışıb:
"Azərbaycana gəldiyimiz gündən iki yaş qrupu ilə işləməyə başladıq. Həm gənc, həm də U-16 qızlarla çalışırıq. Onlarla iki həftəlik təlim-məşq toplanışı keçdik. Seleksiyadan sonra heyətdə müəyyən dəyişikliklər etdik. Qarşıdakı beynəlxalq turnirlərə daha döyüşkən heyət hazırlamaq istəyirik. Yarışlara geniş heyətlə hazırlaşmaq olmur. Hazırda Qubada təlim-məşq toplanışını davam etdiririk. Dil problemi yaşamırıq, idmançılarımız bizi, biz də idmançılarımızı yaxşı tanyırıq".
Qeyd edək ki, 20 yaşadək qızlardan ibarət komandalar arasında EEVZA çempionatı 22–25 oktyabrda Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.
Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları mübarizə aparacaq.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 15:40 Lixtenşteynlə altıncı duel: Azərbaycan millisi əvvəlki 5 oyunun üçündə qalib gəlib Futbol 15:30 Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbiçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu Hərbi 15:29 Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı yenidən təşkil edilir Biznes 15:25 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Hadisə 15:24 Azərbaycan şahmatçılarının oktyabr ayı üçün FIDE reytinqi bəlli olub Fərdi 15:23 Aİ dizel yanacağı ehtiyatlarının sərbəst buraxılması ilə bağlı məsləhətləşmələr aparır Energetika 15:20 Gökhan Edman: "EEVZA çempionatında ilk "üçlüy"ə düşməyi hədəfləyirik" Komanda 15:20 Vernon Koaker: London və Bakı müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcək Xarici siyasət 15:16 "CAMCA-2026": Beynəlxalq əməkdaşlıq müasir təhsilin inkişafında əsas rol oynayır Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.