İdman24
Futbol · APA Sport

Messinin görüşünə böyük maraq: 4700 bilet 13 dəqiqəyə satıldı

“İnter Mayami”nin hücumçusu Lionel Messinin İspaniyanın Ovyedo şəhərində azarkeşlərlə görüşü üçün ayrılan pulsuz biletlər 13 dəqiqəyə tükənib.

Apasport.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Təşkilatçılar tədbir üçün 4700 bilet ayırıblar. Bununla belə, bilet satışı üçün yaradılan virtual növbədə eyni vaxtda 16 200 nəfərədək istifadəçi olub.

Tədbir oktyabrın 22-də "Asturiya Şahzadəsi" mükafatı həftəsi çərçivəsində keçiriləcək. Argentinalı futbolçu Ovyedo İdman Sarayında uşaqlar və gənclərlə görüşəcək.

Qeyd edək ki, Messi ertəsi gün idman sahəsindəki nailiyyətlərinə və xeyriyyəçilik fəaliyyətinə görə "Asturiya Şahzadəsi" mükafatına layiq görüləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə