İdman24
Futbol · APA Sport

PSJ cərimələnib

PSJ gender bərabərliyi qaydalarına əməl etmədiyi üçün cərimələnib.

Apasport.az xəbər verir ki, Paris İnzibati Məhkəməsi klubun 2 milyon 728 min 468 avro cərimə ödəməsi barədə qərarı qüvvədə saxlayıb.

Qərar Fransa Əmək Müfəttişliyinin 2024-cü ilin martında verdiyi qərarla bağlıdır.

PSJ 2022-ci ildəki gəlirinin 0,5 faizi qədər cərimə olunub.

Komandada qadın əməkdaşların ən yüksək maaş alan 10 işçi arasında az olması bu qərara səbəb olub. Paris klubu isə 2023-cü ildən bu məsələdə müəyyən edilmiş tələblərə əməl etdiyini bildirib.

Orijinal mənbə

İdman24 əsas səhifə