İdman24
Digər · APA Sport

Koke: "Alvarezi rahat buraxın!"

“Atletiko Madrid”in kapitanı Koke komandanın argentinalı hücumçusu Xulian Alvarezin ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi futbolçunun üzərindəki media təzyiqinin azaldılmasını bildirib:

“Biz artıq bundan yorulmuşuq. Xuliánı rahat buraxmaq, ona həyatdan zövq almağa, öz işini görməyə və futbol oynamağa imkan vermək lazımdır. Hamımız onu bu mövzuda daha az narahat etməliyik. Çünki bu yay medianın səs-küyünə görə çox yorucu keçdi. Ümid edirik ki, onu rahat buraxacaqlar və öz işi ilə məşğul olmasına imkan verəcəklər”.

Qeyd edək ki, Xulián Alvarez “Atletiko”nun bu mövsüm Çempionlar Liqasındakı ilk oyununda “Liverpul”a qarşı (1:2) start heyətində meydana çıxıb. Argentinalı hücumçu matçda komandasının ilk qolunun məhsuldar ötürməsini verib.

Orijinal mənbə

İdman24 əsas səhifə