Digər · APA Sport
Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək

Bu gün, noyabrın 1-də Bakıda ənənəvi “Qələbə qaçışı” təşkil olunacaq. 2021-ci ildən keçirilən yarış bu il də xeyriyyə məqsədi daşıyacaq.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbir “Qürurla irəli” şüarı altında keçiriləcək.
İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət edəcəklər.
Yarışa saat 10:00-da start veriləcək.
Xeyriyyə aksiyası çərçivəsində iştirakçılar qeydiyyat zamanı minimum 20 manat ianə edirlər. Toplanan vəsaitin hamısı “YAŞAT” Fonduna yönəldiləcək.
Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən ənənəvi olaraq təşkil olunur.