Emin Hüseynov: Azad olunmuş ərazilərdə aparılan bərpa işləri digər ölkələr üçün maraqlı ola bilər

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Emin Hüseynov: Azad olunmuş ərazilərdə aparılan bərpa işləri digər ölkələr üçün maraqlı ola bilər Qarabağ 27 oktyabr, 2026 17:07 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa-quruculuq işlərinə yanaşma digər ölkələr üçün maraqlı ola bilər.
"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bir sıra mədəni-tarixi abidələr artıq bərpa edilib:
"Həmin abidələrin bəzilərində xüsusi yanaşmalar tətbiq olunub. Bu yanaşmalar digər ölkələr üçün maraqlı ola bilər. O baxımdan, bu gün Ağdam, Füzuli və Xocavənd rayonlarında aparılan bərpa-quruculuq işlərindən geniş danışdıq".
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, mədəni irs obyektlərinə münasibətdə konservasiya, əvvəlki vəziyyətinə qaytarma və ya müəyyən xüsusiyyətləri saxlanılmaqla yeni elementlərlə bərpa kimi üsullardan istifadə oluna bilər:
"Hansı yanaşmanın seçilməsi isə hər bir halda ayrıca təhlil edilir. İşğaldan azad olunmuş ərazilərdəki abidələr tam bərpa edildikdən sonra onların vahid konsepsiya əsasında beynəlxalq ictimaiyyətə daha geniş təqdim olunması üçün xüsusi tədbirlərin görülməsi planlaşdırılır".
E.Hüseynov bərpadan sonra açılmış Ağdam İmarət Kompleksinə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura ICOMOS tərəfindən xüsusi sertifikat verilməsinə də toxunub:
"Bu, Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə göstərdiyi xüsusi diqqətin və bu fəaliyyətin artıq beynəlxalq səviyyədə onun tanınmasının təzahürüdür".
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Sevil Seymur Sosial şəbəkələrdə paylaşın Kopyalandı Эмин Гусейнов: Опыт восстановления Карабаха может представлять интерес для других стран Emin Huseynov: Experience of rebuilding Azerbaijan's Garabagh may be of interest to other countries --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 18:37 Foto Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Qarabağ 18:35 Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" Energetika 18:33 Foto Naxçıvan Ali Məclisinin nümayəndələri Avropa Şurası Konqresinin 51-ci sessiyasında iştirak edirlər Xarici siyasət 18:28 Qaya Məmmədov: Aİ TRIPP-i dəstəkləməli, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına kömək etməlidir Xarici siyasət 18:27 Foto Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb Xarici siyasət 18:27 Fərhad Hacıyev: Gənclərin liderlik potensialının inkişafı Azərbaycanın prioritetlərindən biridir Xarici siyasət 18:24 Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub Fərdi 18:24 İsraildə parlament seçkilərində seçici fəallığı 2022-ci ilin göstəricilərini üstələyib Digər ölkələr 18:14 Dələduzluqda təqsirləndirilən Azərbaycanın Sankt-Peterburuqdakı sabiq baş konsulu özünü təqsirli bilmir Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.