İdman24
Futbol · Report İdman

Banqladeşli səyyah: Qarabağda bərpa işlərinin tempini və miqyasını görmək xoşdur

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Banqladeşli səyyah: Qarabağda bərpa işlərinin tempini və miqyasını görmək xoşdur Qarabağ 08 oktyabr, 2026 11:40 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın Qarabağ bölgəsinin inkişafını və bərpasını görmək xoşdur.

"Report" un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bunu dünyaşöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinin tərkibində rayona səfər edən Banqladeşdən olan səyyah Raiq Ridva deyib.

O, bölgəyə səfərinin ilk gününün təəssüratlarını bölüşərək, burada aparılan bərpa işlərinin miqyasını qeyd edib.

Səyyah həmçinin Azıx mağarasına baş çəkdiyini, orada bölgənin tarixi irsi ilə tanış olduğunu bildirib:

"Bölgənin necə inkişaf etdiyini və burada hansı bərpa işlərinin aparıldığını görmək xoşdur. Biz artıq bu yerlərin qədim tarixinə toxunmağa imkan verən Azıx mağarasına baş çəkmişik. Eyni zamanda, bölgənin müasir şəraitdə necə bərpa olunduğunu və inkişaf etdiyini görürük".

R.Ridva qeyd edib ki, səfər çərçivəsində o, həmçinin Hadrutda da olub: "Bura çox gözəl dağlıq rayondur. Gördüklərim məndə dərin təəssürat yaratdı".

Öz növbəsində, filippinli səyyah Con Vinsent Fransisko regiona üçgünlük səfər çərçivəsində səfərdən gözləntiləri barədə danışıb: "Mən Qarabağ haqqında daha çox şey öyrənməyi, regionun müxtəlif rayonları və onların tarixi ilə ətraflı tanış olmağı nəzərdə tuturam. Ekspedisiyadan əsas gözləntilərim bunlardır".

Qeyd edək ki, beynəlxalq səyyahların səfəri dünyaşöhrətli "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin başçılığı ilə həyata keçirilir.

Bu dəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir.

Səfər proqramına əsasən, səyyahlar Azərbaycanın qədim tarixini özündə əks etdirən Alban məbədlərini də ziyarət edəcəklər.

Bu cür səfərlər xarici səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmaq imkanı verir.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Bölgə xəbərləri Sosial şəbəkələrdə paylaşın Скопировано Путешественник из Бангладеш: Приятно видеть темпы и масштабы восстановления Карабаха International travelers impressed by Karabakh's restoration --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:42 Azərbaycan-Türkmənistan əməkdaşlığı: Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq Analitika 12:39 Böyük Britaniya 20 diplomatını İsraildən geri çağıracaq Digər ölkələr 12:38 Bakıda 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib İnfrastruktur 12:38 Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir Hadisə 12:36 Azərbaycan və Mərkəzi Asiya ölkələri mütəfəkkir və alimlərin BMT-də xüsusi təqdimatlarını keçirəcəklər Xarici siyasət 12:34 Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək Ekologiya 12:31 Foto Video İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2 Region 12:29 Dmitro Lubinets: Ukraynada müharibə səbəbindən təxminən 113 min itkin şəxs var Xarici siyasət 12:26 Tağıyev qəsəbəsində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə