PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib

İlham Əliyev COP31 Azərbaycanın Milli Dirçəliş Günü Bakı 11° C USD - 1.700 EUR - 1.871 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev COP31 Azərbaycanın Milli Dirçəliş Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib Futbol 17 noyabr, 2026 21:47 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın PSV klubu "Napoli"nin yarımmüdafiəçisi Kevin De Brüynenin transferi ilə bağlı İtaliya təmsilçisinə ilk təklifini göndərib.
"Report" xəbər verir ki, bu barədə NOS nəşri məlumat yayıb.
PSV 35 yaşlı belçikalı futbolçu üçün təxminən 2 milyon avro təklif edib. "Napoli"nin bu təklifə münasibəti hələlik məlum deyil. Lakin qarşı tərəfin daha yüksək məbləğ tələb edəcəyi gözlənilir.
De Brüynenin özü də PSV-yə keçməkdə maraqlıdır. Yarımmüdafiəçi ailəsi ilə birlikdə Belçikaya qayıtmaq istəyir. Bu, ona Eyndhoven şəhərinə rahat şəkildə gedib-gəlmək imkanı verəcək. Futbolçu transferin reallaşması üçün maaşında ciddi azalmaya getməyə də hazırdır.
Qeyd edək ki, De Brüyne 2025-ci ilin yayında azad agent kimi "Mançester Siti"dən "Napoli"yə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.
Belçikalı futbolçu cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.871 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 11° C Son xəbərlər 23:28 NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib Digər ölkələr 23:21 Rusiya Ermənistanın dəmir yolu şəbəkəsinin inkişafı ilə bağlı qiymətləndirmələrini təqdim edib Region 23:07 Video Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 19 nəfər ölüb - Yenilənib Region 23:06 Saar: İsrail Britaniyaya əks-tədbirlərlə cavab verəcək Digər ölkələr 22:39 Foto Azərbaycan Su İdmanı Federasiyasının idmançıları Türkiyədə birinci olublar Fərdi 22:26 Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib Xarici siyasət 22:15 ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər Xarici siyasət 22:08 Bolqarıstan sahillərində qaz tankeri batıb, heyət xilas edilib - Yenilənib Digər ölkələr 22:01 Azərbaycanla KSQT arasında əməkdaşlığın cari vəziyyəti müzakirə edilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.