Döyüş İdmanı · APA Sport
Dünya Çempionatı: Orxan Həbiblidən ikinci qələbə

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında növbəti mərhələyə yüksəlib.
Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Rumıniya təmsilçisi Qabriel Lunqu ilə qarşılaşıb.
Həbibli məhsuldar keçən görüşdə rəqibini 18:9 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Orxan Həbibli təsnifat mərhələsində Çexiya təmsilçisi Qaspar Sançezi 8:0 hesabı ilə üstələmişdi. U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.