İdman24
Digər · APA Sport

Kasper Hö “Seltik”də – 5 illik müqavilə

“Seltik” heyətini yeni hücumçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Şotlandiya təmsilçisi “Bodo Qlimt”də çıxış edən Kasper Hönü transfer edib.

25 yaşlı danimarkalı mərkəz hücumçusu ilə 4+1 illik müqavilə imzalanıb. “Seltik” bu keçid üçün Norveç klubuna 12,85 milyon avro ödəyib.

Kasper Hö “Bodo Qlimt”ə 2024-cü ildə keçmişdi. Qeyd edək ki, Kasper Hö ötən mövsüm "Budo/Qlimt"in heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.

Orijinal mənbə

İdman24 əsas səhifə