İdman24
Futbol · APA Sport

Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı

"Mançester Siti" yarımmüdafiəçisi Fil Fodenlə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, İngiltərə millisinin üzvü ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə bağlanıb. Razılaşmada daha bir mövsümlük uzatma bəndi də yer alıb.

Yeni müqavilədən sonra fikirlərini bölüşən Foden komandanın əsas hədəfinin yenə də titullar qazanmaq olduğunu deyib:

"Biz həmişə növbəti titullar üçün mübarizə aparırıq. Klubumuzun fəlsəfəsi də məhz budur. Bütün kuboklar uğrunda mübarizə aparan böyük klub olmaq istəyirik. Bunu ilk məşqlərdən də görmək mümkündür. Futbolçular yenidən meydana çıxmaq və yeni titullar qazanmaq üçün səbirsizlənirlər". Qeyd edək ki, "Mançester Siti" akademiyasının yetirməsi olan Fil Foden əsas komandada indiyədək 353 oyunda 120 qol vurub və 74 məhsuldar ötürmə edib. O, klubun heyətində 6 dəfə Premyer Liqa, 2 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə İngiltərə Superkuboku, 1 dəfə UEFA Çempionlar Liqası, 1 dəfə UEFA Superkuboku və 1 dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Ümumilikdə isə "şəhərlilər"in heyətində 17 titul qazanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə