Tərlan Əhmədov: "Azərbaycan Kubokunda sürpriz komanda yoxdur, amma sürpriz nəticələr var"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 17° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Tərlan Əhmədov: "Azərbaycan Kubokunda sürpriz komanda yoxdur, amma sürpriz nəticələr var" Futbol 30 oktyabr, 2026 15:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Kubokunda sürpriz komanda olmasa da, sürpriz nəticələr qeydə alınıb.
Bunu "Report" a açıqlamasında futbol mütəxəssisi Tərlan Əhmədov deyib.
O, turnirin keçirilmə formatının idmanın inkişafına müsbət təsir göstərdiyini bildirib:
"Azərbaycan Kubokunun oyunları hazırda maraqlı keçir. Aşağı liqaların və Premyer Liqa klublarının bir-biri ilə qarşılaşması yarışa xüsusi maraq qatır. I və II liqalarda keyfiyyətli futbolçular, maraqlı komandalar var. Mübarizə aparırlar, futbol oynamağa çalışırlar. Bu, futbolumuzun və region klublarının inkişafı üçün böyük təkan rolunu oynayır".
T.Əhmədov turnirdə gözlənilməz nəticələrin qeydə alındığını vurğulayıb:
"Turnirdə sürpriz komanda yoxdur, lakin sürpriz nəticələr var. Peşəkar liqalarda çıxış edən kollektivləri sürpriz komanda adlandırmaq olmaz. Lakin nəticə baxımından gözlənilməz məqamlar yaşandı. Məsələn, "Şahdağ Qusar"ın səfərdə MOİK-ə 9:1 hesabı ilə qalib gəlməsi sürpriz nəticə idi. "Sumqayıt"ın "Kür-Araz"ı 11:0 hesabı ilə üstələməsi isə sürpriz sayılmır, çünki komandalar arasında səviyyə və futbolçu keyfiyyəti baxımından fərq böyükdür".
Azərbaycan millisinin sabiq kapitanı kubok qarşılaşmalarının futbolçular üçün özlərini göstərmək baxımından əhəmiyyətli olduğunu qeyd edib:
"Çempionatda yalnız eyni liqanın komandaları qarşılaşır, kubokda isə bütün liqa təmsilçiləri bir-biri ilə üz-üzə gələ bilir. Bu yarış aşağı liqalarda oynayan futbolçuların gündəmə gəlməsi, potensiallarını açması və inkişaf etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu da regional futbolun inkişafına böyük dəstəkdir".
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 16:46 "Sabah" klubunun basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçilib Komanda 16:46 Mahmud Abbasın Kipr adasına səfəri – yırtılan maskalar Analitika 16:40 ABİF azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir Biznes 16:28 Dünya çempionatı: Djioyev finalda, Meşvildişvili bürünc medal uğrunda yarışacaq - Yenilənib-2 Fərdi 16:15 Tokayev TDT dövlətlərini Azərbaycan-Qazaxıstan fiber-optik xəttinə qoşulmağa dəvət edib İnfrastruktur 16:12 Azərbaycanda 8 ayda elektron satınalmaların dəyəri 2,7 milyard manat olub Biznes 16:12 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı Daxili siyasət 16:11 Nazir: Türk dövlətləri imkanlarını həm tranzit, həm də qarşılıqlı ticarətin inkişafı üçün istifadə etməlidir Xarici siyasət 16:09 "Azər Türk Bank" "atb360" tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.