Azərbaycanın səkkiz boksçusu U-17 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanın səkkiz boksçusu U-17 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb Fərdi 09 oktyabr, 2026 10:34 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycanın 8 təmsilçisi yarımfinala vəsiqə qazanıb.
Azərbaycan Boks Federasiyasından "Report" a verilən məlumata görə, 1/4 final mərhələsinin son günündə millinin daha 6 üzvü yarımfinala yüksəlib.
Cəmilə Muradlı (57 kq) Rozali Uhrova (Çexiya) ilə qarşılaşıb. Döyüş təmsilçimizin 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda Morena Stifani (İtaliya) ilə üz-üzə gələcək.
Həsrət Məmmədov (46 kq) Kristian Mezesi (Slovakiya) 79 saniyəyə üstələyib. Boksçu final uğrunda Ronan Çarlzla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.
İsmayıl Nəsirzadə (52 kq) Qleb Qrinblatı (İsrail) məğlub edib – 5:0 (29:26, 29:26, 29:25, 29:25, 30:24). O, növbəti cəhdində Martin Nevini (İrlandiya) sınağa çəkəcək.
Qardaş Rəhimov (54 kq) bu dəfə Nikita Beskaravaynı (Belarus) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinalda Strahinya Mrdakla (Monteneqro) gücünü yoxlayacaq.
Məhəmmədəli İstamov (57 kq) Eleftherios Zurnatsisə (Yunanıstan) qalib gəlib. Boksçumuz ilk 2 raundu aktivinə yazdıqdan sonra rəqib məşqçi döyüşdən imtina edib. İstamov növbəti görüşündə Nikita Zaxarçenko (Ukrayna) ilə qarşılaşacaq.
Hidayət Məmmədov (70 kq) isə Sandro Tsimtsba (Rusiya) üzərində inamlı qələbə qazanıb. O, ilk raundda rəqibini nokaut edib. Məmmədov yarımfinalda Paddi Nevinlə (İrlandiya) döyüşəcək.
Nəticədə yarımfinala adlayan Azərbaycan boksçularının sayı 8-ə yüksəlib. Daha öncə Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq) də bu hüquqa yiyələnib.
Yarımfinala yüksələn milli üzvləri özləri üçün azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, final görüşləri oktyabrın 11-də baş tutacaq.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано Eight Azerbaijani boxers advance to U17 European semifinals --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:12 Bakıda NATO-nun təlim kursu keçirilir Hərbi 12:10 Dünya çempionatı: Zelim Kotsoyev slovakiyalı rəqibini ipponla məğlub edib - YENİLƏNİB Fərdi 12:06 "AmCham": Banklar yeni yaranan aktivi girov kimi qəbul etməyə tərəddüd edir ASK 12:04 Baş nazir: "Gürcüstan Orta Dəhlizdəki tranzit potensialını genişləndirməyə çalışır" İnfrastruktur 12:01 MDB-nin növbəti sammiti 2027-ci ildə Buxarada keçiriləcək Xarici siyasət 11:55 Foto Gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət mövzusunda panel müzakirə keçirilib Daxili siyasət 11:54 Elxan Mikayılov: "Fermerlərin maliyyə dayanıqlığı və savadlılığı kifayət qədər deyil" ASK 11:53 Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək, Türkmənistan və Özbəkistanla birlikdə troyka formalaşdırılır Xarici siyasət 11:51 Azərbaycan son 5 ildə dondurma istehsalını 5 dəfəyə kimi artırıb Sənaye Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.