İdman24
Futbol · APA Sport

“Fənərbaxça” – “Liverpul” matçının hakimi bəlli oldu

UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda keçiriləcək “Fənərbaxça” – “Liverpul” matçının hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, İstanbulda baş tutacaq qarşılaşmanı fransalı FIFA referisi Kleman Turpen idarə edəcək.

Ona həmyerliləri Nikola Danos və Benjamin Pajes kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Jeremi Stina yerinə yetirəcək.

Qeyd edək ki, “Fənərbaxça” – “Liverpul” görüşü noyabrın 4-də, Bakı vaxtı ilə saat 21:45-də “Çobani” stadionunda keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə