İdman24
Digər · Report İdman

Riçard Trautman: "Azərbaycanın cüdo ictimaiyyəti Balabəy Ağayevdən qızıl medal gözləyirdi"

İlham Əliyev Zəfərə gedən yol Bakı 23° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Riçard Trautman: "Azərbaycanın cüdo ictimaiyyəti Balabəy Ağayevdən qızıl medal gözləyirdi" Fərdi 12 oktyabr, 2026 16:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın cüdo ictimaiyyəti Balabəy Ağayevdən qızıl medal gözləyib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın cüdo millilərinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayevin çıxışını izlədiniz. Əslində, biz onu da dünya çempionu kimi görmək istəyirdik. Lakin təəssüf ki, o, məğlub oldu. Bu, cüdoda baş verə bilən haldır və bir tərəfdən də idmanın gözəlliyini göstərir. Cüdoda səhvə yol vermək olmaz", - deyə o söyləyib.

Mütəxəssis bildirib ki, Hidayət Heydərovun Bakıdakı mundialda uğursuz çıxışı xüsusilə doğma meydanda daha ağır qəbul olunur:

"Hidayət Heydərov kimi dünya, Avropa və Olimpiya çempionu olan idmançımız Bakıdakı mundialda mükafat qazana bilmədi. Belə idmançılara bu nəticəni qəbul etmək, xüsusilə də doğma meydanda çıxış edərkən, daha çətindir. Lakin Hidayət və Zelim Kotsoyev Tokioda keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak etmək istədiklərini bildirdilər. Onlar cüdonun vətəni sayılan Yaponiyada özlərini göstərmək, yerli idmançılardan daha güclü olduqlarını sübut etmək istəyirlər. Mən bu düşüncə tərzini yalnız dəstəkləyə bilərəm".

Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 18:34 Tramp: Aİ enerji resursları üçün Rusiyaya 250 milyard dollar ödəyib Digər ölkələr 18:29 Pərviz Səfərov: Azərbaycana indiyədək 500-dən çox ukraynalı uşaq gətirilib Xarici siyasət 18:27 Foto Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb Daxili siyasət 18:25 İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək Region 18:23 Foto Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı ixtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib Sağlamlıq 18:14 Estoniyanın yeni Prezidenti Madize vəzifəsinin icrasına başlayıb Digər ölkələr 18:09 "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir" Futbol 18:08 Foto Video "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Hərbi 18:06 "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov: "Slaviya"nı yaxşı təhlil etmişik" Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə