Aquero: "Messi DÇ finalında Skaloni ilə mübahisə edib"

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero Lionel Messi ilə baş məşqçi Lionel Skaloni arasında 2026-cı il dünya çempionatının finalından sonra yaşanan gərginlik barədə danışıb.
Apasport.az xəbər verir ki, Aquero Messinin taktiki qərarlarla razılaşmadığını bildirib.
"Düzünü desəm, Messi ilə Lionel Skaloni arasında yaşanan fikir ayrılığı heç xoşuma gəlmədi. Messi mənə dedi ki, baş məşqçi ilə taktika və oyunun idarə olunmasına görə mübahisə edib.
O, Skaloniyə deyib ki, geriyə çəkilib müdafiə olunmağın və İspaniyaya topa tam nəzarət imkanı verməyin mənası yoxdur. Bu cür oynasalar, məğlub olacaqlar. Amma baş məşqçi əks-hücum şansı gözləyərək aşağı blokda müdafiə olunmaqda israr edib.
Dünyanın ən yaxşı futbolçusunun sözünə kim etiraz edər? Messi oyunu tamam fərqli görür. Lakin baş məşqçi onun fikrinə qulaq asmadı.
Enzo Fernandesin müdaxiləsi də çox məsuliyyətsiz idi. Sarı vərəqəsi ola-ola belə kobud müdaxiləyə getməsi düzgün deyildi.
Argentina finalı hələ başlamamış uduzmuşdu. Lionel Skaloni və komanda yoldaşlarının Messi kimi futbolçunu son dünya çempionatında bu cür məyus etməsi çox kədərlidir".
Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın finalında İspaniyaya 0:1 məğlub olaraq dünya çempionu titulunu qoruya bilməyib.