Digər · APA Sport
Emrelinin komandası yenə məğlub oldu

Polşa çempionatında III turda təxirə salınmış matç keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Rakov” növbəti oyununa çıxıb.
Komanda “Zaqlebye”ni qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Oyuna start heyətində başlayan Emreli sona qədər meydanda olub.