"İmişli"dən ayrılan Fərid Namazov: "Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq"

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 22° C USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "İmişli"dən ayrılan Fərid Namazov: "Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq" Futbol 14 oktyabr, 2026 19:44 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Fərid Namazov "İmişli"nin baş məşqçi postundan rəhbərliklə fikir ayrılığı yarandığı üçün vidalaşıb.
Bunu "Report" a açıqlamasında 34 yaşlı mütəxəssis özü bildirib.
O, bölgə təmsilçisindən ayrılmasının səbəblərini izah edib:
"Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq. Ayrılmaq qərarını özüm verdim, istirahət etmək istəyirəm. Rəhbərlik tərəfindən işimə müdaxilə edilməsi məsələsi yanlışdır. Belə bir hal yaşansaydı, orada ümumiyyətlə işləməzdim. Heç vaxt belə bir halın yaşanmasına imkan vermərəm. Yox, rəhbərlik nəticələrdən narazı qalıbsa, gəlin baxaq. Uduzduğumuz komandalar "Sabah", "Neftçi" və "Zirə" kimi iddialılardır. "Qəbələ"yə məğlubiyyət isə planlara daxil deyildi. Bununla belə, üst sıralarda yer alan komandalara qarşı layiqincə mübarizə aparmışıq. Hətta bəzi görüşlərdə xal və ya xallar da qazana bilərdik".
F.Namazov 7 tura qədər olan nəticələrdən danışmağın tez olduğunu söyləyib:
"Ümumilikdə VII turda hansısa nəticənin olmamasından danışmaq düzgün deyil. Nəzərə almaq lazımdır ki, Premyer Liqada qələbəsi olmayan komandalar var".
Qeyd edək ki, Fərid Namazov cari mövsümün əvvəlində "İmişli"yə baş məşqçi təyin olunmuşdu. "İmişli" cari mövsüm Premyer Liqada 4 xalla doqquzuncu sırada qərarlaşıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 21:19 Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb Maliyyə 21:06 Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək Digər ölkələr 20:55 Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir - yenilənib Xarici siyasət 20:54 Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər Digər ölkələr 20:49 İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub Futbol 20:47 Foto İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb Xarici siyasət 20:25 İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək Region 19:57 Foto Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb Digər ölkələr 19:44 "İmişli"dən ayrılan Fərid Namazov: "Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq" Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.