Peşəkar Çövkən Liqasına yekun vurulub

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 13° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Peşəkar Çövkən Liqasına yekun vurulub Komanda 21 noyabr, 2026 18:39 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Peşəkar Çövkən Liqasının son turunun oyunları və mükafatlandırma mərasimi keçirilib.
"Report" xəbər verir ki, Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və övladları fəxri qonaq qismində dəvət olunublar.
Əvvəlcə, Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə konsert proqramı təqdim olunub, daha sonra liqanın yekun qarşılaşmaları baş tutub.
Günün qarşılaşmasında "Sərhədçi" və "Elite" komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Elite" komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Yekun xal cədvəlinə əsasən, "Sərhədçi" komandası topladığı xalların üstünlüyü ilə Peşəkar Çövkən Liqasının çempionu olub, "Elite" komandası ikinci, "Polad" komandası isə üçüncü yeri tutub.
Oyunlardan sonra keçirilən mükafatlandırma mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev liqanın oyunlarını idarə edən hakimlərə diplomlar təqdim edib.
Turnirin qalibləri və mükafatçıları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif edilib, liqanın kuboku çempion "Sərhədçi" komandasının kapitanına təqdim olunub.
Tədbirin sonunda qaliblər və mükafatçılarla xatirə fotoşəkli çəkdirilib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto В Азербайджане подведены итоги чемпионата по човгану --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 03:11 WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib Digər ölkələr 02:36 Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib Digər ölkələr 02:12 "Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb Futbol 01:44 İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib - Yenilənib Region 01:22 Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub Digər ölkələr 01:02 Foto Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib Region 00:45 Fransada keçirilən etirazlarda 144 nəfər saxlanılıb - Yenilənib Digər ölkələr 00:21 SEPAH ABŞ-nin Bəhreyndəki iki hərbi bazasının hədəf alındığını açıqlayıb - Yenilənib Digər ölkələr 23:25 "ABC News": Hörmüzdə gəmilərə hücumların sayı maksimuma çatıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.