Basketbol · APA Sport
Gənc hakimlər üçün təlim-seminar keçirilib

Gənc hakimlər üçün iki günlük təlim-seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, seminar ABF Hakimlər Kollegiyasının sədri, FIBA-nın milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.
Təlimdə ümumilikdə 22 nəfər iştirak edib. Onlardan 15-i hakimliyə yeni başlayan gənclər olub.
Seminar çərçivəsində basketbol qaydaları və ikili hakimlik mexanikası ilə bağlı mövzular müzakirə edilib, həmçinin iştirakçılar fiziki testdən keçiblər.
Təlimin əsas məqsədi qarşıdakı mövsümlərdə Uşaq Gənclər Basketbol Liqasına daha çox gənc hakimin cəlb olunmasıdır.
Sentyabrda keçiriləcək mövsümöncəsi seminarda testləri uğurla keçən gənc hakimlər Uşaq Gənclər Basketbol Liqasının oyunlarına təyinat almaq imkanı qazanacaqlar.