Digər · APA Sport
“Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı

“Fulhem” heyətini Qonsalo Qarsiya ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı hücumçunun transferi ilə bağlı “Real”la danışıqlar aparır.
Bu barədə “The Athletic” məlumat yayıb.
London təmsilçisi Qarsiyanı hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir. Tərəflər arasında müzakirələr davam etsə də, mümkün keçidin maliyyə şərtləri hələ açıqlanmayıb.
Qeyd edək ki, “Real”ın akademiyasının yetirməsi olan Qonsalo Qarsiyanın Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.