İdman24
Futbol · Report İdman

"Barselona" Hans-Diter Flikin rəhbərliyi altında tarixi nəticələrə imza atıb

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 25° C USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Barselona" Hans-Diter Flikin rəhbərliyi altında tarixi nəticələrə imza atıb Futbol 14 oktyabr, 2026 14:22 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Barselona" komandası Hans-Diter Flikin rəhbərliyi altında cari mövsümdə keçirdiyi bütün rəsmi matçlarda qalib gəlməklə tarixi nəticələrə nail olub.

"Report" Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv 2026/2027 mövsümündə bütün turnirlərdə keçirdiyi 10 oyunun hamısında qələbə qazanıb.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra "Barselona" İspaniya çempionatında "Xetafe"yə 3:0, UEFA Çempionlar Liqasında isə Türkiyənin "Qalatasaray" klubuna 4:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqasının cari mövsümünün ilk iki turunda 9 qol ("Feyenoord"a 5, "Qalatasaray"a 4 qol) vuran İspaniya təmsilçisi turnir tarixində 8-ci belə göstəriciyə imza atıb. Kataloniya klubu daha əvvəl - 2016/2017 mövsümündə ilk iki turda 9 qol ("Seltik" 7:0, "Borussiya" (Münhenqladbax, 2:1) vurmağa müvəffəq olub.

H.Flikin 2024/2025 mövsümündən baş məşqçisi olduğu komanda Çempionlar Liqasında keçirdiyi 27 oyunda 80 dəfə fərqlənib. Bir mütəxəssisin rəhbərliyi altında ən azı 20 matça çıxan klublar arasında "Barselona" orta hesabla hər oyuna 2,96 qol vurmaqla turnir tarixinin ən yüksək göstəricisinə nail olub.

"Barselona" həmçinin Türkiyədə keçirilən matçlarda ilk dəfə rəqib qapısına 4 qol vurub.

Mövsümün ilk 10 matçında 43 qol vuran "Barselona" son 100 ilin ən yaxşı nəticəsini nümayiş etdirib. Kataloniya təmsilçisi oxşar nəticəyə sonuncu dəfə 1926/1927 mövsümündə (10 oyuna 47 qol) nail olub. Komanda həmçinin ardıcıl 8 matçda rəqib qapılarına ən azı 3 qol vurmağı bacarıb. Bu seriya isə 1942/1943 mövsümündən (ardıcıl 9 matç) sonra ilkdir.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 15:41 Esmira Fuad: Kəlağayı Azərbaycan qadınının zərifliyini, milli-mənəvi dəyərləri əks etdirir Mədəniyyət siyasəti 15:40 "Fulhem"in baş məşqçisi Alvaro Arbeloa hakimlər barədə sözlərinə cərimələnib Futbol 15:33 Foto Laos AQEM-ə üzv qəbul edilib Xarici siyasət 15:33 Foto IMF ABM-yə tövsiyələr verib Maliyyə 15:32 Foto Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər Daxili siyasət 15:28 "Ziraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb Maliyyə 15:26 Banqladeş AQEM sammitində iştirakı regional əməkdaşlığın möhkəmləndirilməsi kimi dəyərləndirir Xarici siyasət 15:15 "Sabah"ın sabiq baş məşqçisi Elşad Əhmədov: "Komanda "Borussiya"ya da qalib gələ bilər" Futbol 15:08 Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə