İdman24
Döyüş İdmanı · APA Sport

İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı İsa Hüseynov Kosovonun Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Hüseynov birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək bürünc medal əldə edib.

İdmançımız təkanla qaldırma hərəkətində isə 116 kq ağırlığın öhdəsindən gəlib və bu növdə də üçüncü olub.

Beləliklə, iki hərəkətin cəmində 209 kq nəticə göstərən İsa Hüseynov toplamda da Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.

Orijinal mənbə

İdman24 əsas səhifə