İspaniyada 18 yaşlı hakimə hücum edən futbolçu 1 illik cəzalandırılıb

İlham Əliyev Zəfərə gedən yol Bakı 16° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika İspaniyada 18 yaşlı hakimə hücum edən futbolçu 1 illik cəzalandırılıb Futbol 05 noyabr, 2026 17:13 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Portonovo 1979" klubunun futbolçusu Xorxe Komesanya veteranların matçında 18 yaşlı hakim Alexandro Nine Falkona hücum etdiyinə görə 1 illik disvalifikasiya olunub.
"Report" "Diario de Pontevedra" nəşrinə istinadən xəbər verir ki, insident oktyabrın 31-də "Bamio" komandası ilə keçirilən qarşılaşmada baş verib.
Vilyaqarsiya-de-Arousa şəhərində təşkil olunan oyunun 70-ci dəqiqəsində, hesab 0:0 olarkən X.Komesanya rəqiblə münaqişədən sonra ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
Hakim protokoluna əsasən, qırmızı vərəqədən sonra futbolçu referinin üzündən iki əli ilə tutaraq onu silkələməyə başlayıb. Daha sonra o, yumruqla zərbə endirməyə cəhd edib və yenidən hakimin üzündən tutaraq onu itələyib. A.N.Falkon qazonun üzərinə yıxılıb.
Hər iki komandanın oyunçuları hakimin ayağa qalxmasına və paltardəyişmə otağına getməsinə kömək ediblər və matç yarımçıq saxlanılıb. Sonradan tibbi yardım üçün müraciət edən referi ciddi xəsarət almayıb.
Qeyd edək ki, A.N.Falkon ötən mövsümdə də hücuma məruz qalıb. Qarşılaşmaların birində futbolçu onun ayağını tapdalayıb.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 16° C Son xəbərlər 18:37 AQP: Oktyabrda qarajların satışında 17 %-ə yaxın artım müşahidə olunub İnfrastruktur 18:31 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Xarici siyasət 18:28 Foto Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib Sosial müdafiə 18:17 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Futbol 18:03 Video "Expressbank" "Felis 2026"da 2 qızıl mükafat qazanıb Maliyyə 17:58 Türkiyədə uçqun altında qalanlardan biri ölüb - Yenilənib Region 17:57 Foto "İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib Daxili siyasət 17:45 Foto Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Futbol 17:44 Foto Gəncədə amputant futbolçular arasında yoldaşlıq oyunu keçirilib Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.