İdman24
Digər · APA Sport

Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır

Mark van Bommel Belçika millisinin yeni baş məşqçisi olmağa yaxındır.

Apasport.az xəbər verir ki, tərəflər 2028-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə ilə bağlı tam razılığa gəlib.

Niderlandlı mütəxəssis bu vəzifədə Rudi Qarsiyanı əvəz edəcək.

İnsayder Fabritsio Romanonun məlumatına görə, rəsmi imzaların yaxın vaxtlarda atılması gözlənilir. Razılaşmanın bütün detalları artıq yekunlaşdırılıb.

Qeyd edək ki, 49 yaşlı Mark van Bommel məşqçilik karyerası ərzində PSV, "Volfsburq", "Antverpen" və "Ayntraxt"ı çalışdırıb.

Orijinal mənbə

İdman24 əsas səhifə