İdman24
Futbol · APA Sport

“Neftçi” “İmişli” ilə matça itkisiz çıxacaq

"Neftçi" Misli Premyer Liqasının 5-ci turunda qarşılaşacağı “İmişli” ilə matçın hazırlığını yekunlaşdırıb.

Apasport.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

“Ağ-qaralar” hazırlıq prosesindən sonra səfərə yollanıb.

Qeyd edək ki, sentyabrın 11-də Yevlax şəhər stadionunda keçiriləcək “İmişli” – “Neftçi” matçı saat 16:30-da başlanacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə