Futbol · APA Sport
“Sabah”ın U-19 komandası “Mançester Yunayted”ə qarşı - YENİLƏNİR

Bu gün “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk matçını keçirəcək.
Apasport.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda səfərdə “Mançester Yunayted”in qonağı olacaq.
Qarşılaşma İngiltərənin Li şəhərindəki “Li Sports Villic” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Görüşü Belçikadan olan FIFA referisi Simon Burdodui idarə edəcək.
Qeyd edək ki, “Sabah”ın U-19 komandası tarixində ilk dəfə iştirak edəcəyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin “Barselona”, Vilyarreal” (hər ikisi İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Slaviya” (Çexiya) və “Vikinq” (Norveç) komandaları ilə mübarizə aparacaq.