İdman24
Futbol · APA Sport

“Tottenhem” London derbisində “Çelsi”ni məğlub etdi

İngiltərə Premyer Liqasında VIII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından birində “Çelsi” doğma meydanda “Tottenhem”i qəbul edib.

“Stemford Bric” stadionunda baş tutan London derbisi qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk hissədə komandalar fərqlənə bilməyiblər. Qarşılaşmada hesab 77-ci dəqiqədə açılıb. “Çelsi”nin qapıçısı Mayk Penders künc zərbəsindən ötürülən topu uzaqlaşdırmaq istəyərkən avtoqol müəllifi olub.

80-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Koul Palmer ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Say üstünlüyü qazanan “Tottenhem” 87-ci dəqiqədə Matis Telin qolu ilə fərqi artırıb.

Beləliklə, Roberto De Zerbinin rəhbərlik etdiyi “Tottenhem” Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb. London təmsilçisi 2018-ci ildən sonra ilk dəfə “Stemford Bric”də “Çelsi”ni məğlub etməyi bacarıb.

Xabi Alonsonun çalışdırdığı “Çelsi” isə cari mövsüm Premyer Liqada doğma meydanda ilk məğlubiyyətini alıb.

İngiltərə Premyer Liqası, VIII tur “Çelsi” – “Tottenhem” 0:2 Qollar: Mayk Penders, 77 (avtoqol), Matis Tel, 87. Qırmızı vərəqə: Koul Palmer, 80 (“Çelsi”).

Orijinal mənbə

İdman24 əsas səhifə