İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdığı üçün matç dayandırılıb

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 14° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi Azərbaycan-İtaliya münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdığı üçün matç dayandırılıb Futbol 23 noyabr, 2026 15:41 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyada həvəskar komandalar – "Qalaktik Paolini" və "Atletik Partanna" arasındakı qarşılaşma meydandan kənarlaşdırılan oyunçunun bıçaqla geri qayıtmasından sonra yarımçıq dayandırılıb.
"Report" "La Repubblica"ya istinadən xəbər verir ki, hadisə noyabrın 22-də Siciliyanın Marsala şəhərində yerli həvəskar çempionatının IV turunun oyunu zamanı baş verib.
"Qalaktik Paolini"nin futbolçusu rəqib komandanın nümayəndələrini dəfələrlə təhqir edib, ardınca isə oyun dayandırıldıqdan sonra qarşı tərəfin üzvlərindən birini təpiklə vurub. Hakim ona qırmızı vərəqə göstərib və bundan sonra idmançı paltardəyişmə otağına yollanıb.
Çox keçmədən meydandan kənarlaşdırılan futbolçu qatlanan bıçaqla meydana qayıdıb. "Atletik Partanna" təmsilçilərinin sözlərinə görə, o, məşqçini, oyunçuları və klub rəhbərlərini hədələyib, daha sonra isə digər əlində soyuq silahı saxlamağa davam edərək kollektivin nümayəndələrindən birinin boynundan yapışıb.
Referi matçı birdəfəlik dayandırmaq qərarına gəlib. "Atletik Partanna"nın vitse-prezidenti polis çağırıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şahidləri dindirib və insident iştirakçılarının şəxsiyyətini müəyyənləşdiriblər.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 16:45 Rütte NATO-nun 1997-ci il sərhədlərinə qayıtması ehtimalını rədd edib Digər ölkələr 16:42 Foto Azərbaycan Türkiyənin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nə qoşulmasını dəstəkləyəcək Energetika 16:40 Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 58 %-ə yaxın artıb İKT 16:40 Foto Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb Fərdi 16:38 Foto Azərbaycan və İtaliya XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib Xarici siyasət 16:35 Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb Maliyyə 16:34 Razılaşdırma sənədi qəbul edilməyən COP - qlobal güclərin məsuliyyəti Analitika 16:32 Foto Bakı metrosunda xidmətlərin müasir tələblərə uyğunlaşdırılması müzakirə olunub İnfrastruktur 16:32 Samir Şərifov: Azərbaycan Türkmənistanın qlobal sülh addımlarını dəstəkləyir Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.