İdman24
Futbol · Report İdman

İlham Yadullayev: "Azərbaycan millisinin Litva ilə matçdan öncə qələbə qazanması vacib idi"

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 31° C USD - 1.700 EUR - 1.935 TRY - 0.035 GEL - 0.648 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia İlham Yadullayev: "Azərbaycan millisinin Litva ilə matçdan öncə qələbə qazanması vacib idi" Futbol 24 sentyabr, 2026 16:42 Azərbaycan millisinin Tacikistan yığması ilə yoldaşlıq görüşündə qalib gəlməsi UEFA Millətlər Liqasında Litva seçməsinə qarşı matçdan əvvəl vacib idi.

Bu barədə "Report" a açıqlamasında millinin sabiq futbolçusu İlham Yadullayev deyib.

Mütəxəssis Tacikistanla qarşılaşmadan öncə uğur gözlədiyini bildirib:

"Qalib gəlmək sevindirici haldır. Oyunun gedişatında birinci hissə çətin alındı, hücum təşkil edə bilmirdik. Rəqib təzyiq etməyə çalışırdı. İkinci hissədə dəyişikliklər oldu. Düşünürəm ki, komanda topa nəzarət etdi, hücumlar qurdu. Oyundan olmasa da, standart vəziyyətdən fərqləndik. Tural Bayramovun qolu baxımlı alındı".

O, komandadakı rotasiyalara və rəqibin oyun üslubuna da toxunub:

"Oyunda rotasiyalar nəzərə çarpırdı. Milli komandada ilk dəfə heyətdə yer alan yeni oyunçular oldu, debütlərini qələbə ilə qeyd etdilər. Qarşılaşmada futbolçularımızın keyfiyyəti hiss olunurdu, komandamız səviyyəcə üstün idi. Rəqib barəsində onu deyə bilərəm ki, təzyiqli futbol oynayıb, hər epizodda əzmkarlıq göstərməyə, ikili mübarizələrdən qalib çıxmağa çalışırdılar. Ən vacib məqam Litva ilə matçöncəsi qələbə qazanmaq idi və bu, milliyə motivasiya verir".

Mütəxəssis növbəti rəqib olan Litva seçməsi haqqında da fikirlərini bölüşüb:

"Litva kollektivinin Gürcüstan millisi ilə yoldaşlıq görüşünü izləmişdim. Çox güclü, dinamik və fiziki cəhətdən üstün komandadır. Hətta Gürcüstan yığmasına qarşı üstün futbol oynayırdılar. Gürcülər fərdi keyfiyyət hesabına 2:0 hesabı ilə qalib gəldilər. Litva kifayət qədər yaxşı rəqibdir və düşünürəm ki, ağır oyun olacaq. Baş məşqçi Ayxan Abbasov oyunçulara motivasiya verəcək. Keyfiyyət cəhətdən futbolçularımızda üstünlük hiss olunur, bunun sayəsində lazımi nəticəni qazana bilərik".

Qeyd edək ki, Azərbaycan millisi ötən gün yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəlib. Komanda növbəti matçını UEFA Millətlər Liqasında sentyabrın 27-də Litva seçməsinə qarşı keçirəcək.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.935 TRY - 0.035 GEL - 0.648 RUB - 0.020 UAH - 0.038 Bakı 31° C Son xəbərlər 17:52 Azərbaycan və Özbəkistan təxminən 400 milyon dollarlıq investisiya layihələrinə start verib Biznes 17:47 Foto Azərbaycan FAO ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib ASK 17:44 Foto Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb Xarici siyasət 17:33 Aİ-Azərbaycan biznes forumunda nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunacaq Biznes 17:28 Mustafa Karaman Azərbaycanın "LANDAU Lions" komandasının məşqçisi təyin olunub Komanda 17:28 Foto Azərbaycanla Sent-Vinsent və Qrenadinləri arasında siyasi məsləhətləşmə mexanizminin əsası qoyulub Xarici siyasət 17:27 Babək rayonunun Xalxal sahəsində geoloji tədqiqatlar aparılır Sənaye 17:25 Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır İnfrastruktur 17:23 "Aznur" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə