İdman24
Digər · APA Sport

Yuri Vernidub: Belə bir qol buraxmamalı idik

Misli Premyer Liqasının I turunda "Neftçi" "Sumqayıt"ı məğlub edib - 3:1.

Apasport.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.

"Səfərdə oynayırdıq. Ötən mövsümdən "Sumqayıt"ın pis komanda olmadığını bilirdik. Heyətdə dəyişikliklər ediblər. Yoxlama oyununda "Şamaxı"nı məğlub ediblər. Həmin oyunda 4 müdafiəçi ilə çıxış etmişdilər. Bu gün isə 5 arxa xətt oyunçusu ilə çıxış edirdilər. Bunu oyunöncəsi məşq zamanı öyrəndik. Sxemlərinin necə olması bizim üçün önəmli deyil. Əsas olan öz oyun planımızdır. Bu dəfə oyunumuz alındı. 3 qol vurduq. Daha çox epizodumuz var idi, amma yararlana bilmədik. Belə bir qol buraxmamalı idik. Həm oyundan, həm də nəticədən razıyam. Önəmli olan odur ki, mövsümə qələbə ilə başladıq".

- Qravilyonun ehtiyatda qalma səbəbi nə ilə bağlıdır? - O, universal futbolçudur. Komandaya yeni qoşulub. Adaptasiya prosesi üçün müddət lazımdır. Bu gün yeni transferlərdən ikisi - Tupta və Rüfət Abbasov start heyətdə idi.

- Sanki "Sumqayıt" 11 nəfərlə olarkən daha yaxşı çıxış edirdiniz... - 1-2 epizodu çıxsaq, "Sumqayıt"ın ciddi təhlükə yaratdığını xatırlamıram. Biz əlimizə düşən şansları dəyərləndirsək, fərqli olacaqdı. Rəqib pis komanda deyil.

Orijinal mənbə

İdman24 əsas səhifə