Döyüş İdmanı · APA Sport
U-17 DÇ: Fatimə Bayramova 1/4 finala yüksəldi

Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatında ikinci qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda moldovalı Ruslana Karapetiantı 11:0 hesabı ilə məğlub edib.
Bayramova təsnifat mərhələsində israilli Sela Rozovu da eyni hesabla üstələmişdi.
Qeyd edək ki, Fatimə Bayramova bu nəticə ilə 1/4 finala vəsiqə qazanıb. Dünya çempionatı Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilir.