İdman24
Digər · APA Sport

Tahir Abdullayev: Lazım gəlsə, rəqibimə Masallı ciu-citsunu göstərərəm

“Çox şadam ki, buradayam. Sevincimin həddi-hüdudu yoxdur”.

“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Tahir Abdullayev deyib.

O, döyüş gecəsi ilə bağlı fikirlərini bildirib: “Çox sevinirəm ki, yerli azarkeşlər öz təmsilçilərini dəstəkləyirlər. Bu çəkidə güclü döyüşçülər çoxdur. Onların əksəriyyəti boy olaraq məndən daha hündür ola bilərlər. Amma mən daha güclüyəm. Güləşi bacarıram, amma güləşməyi sevmirəm. Bu, çox sıxıcı strategiyadır. Lakin lazım gəlsə, rəqibimə Masallı ciu-citsunu göstərərəm (gülür)”.

Tahir rəqibinin dəyişməsindən söz açıb: “ABŞ-də təlim-məşq toplanışında idim. Mənə Abu-Dabidə başqa rəqiblər döyüşəcəyimi demişdilər. Daha sonra Bakı variantı çıxdı və bura qayıtdım. Rəqibin kimliyinin isə fərqi yoxdur”.

Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə