NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 17° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib Biznes 07 noyabr, 2026 15:53 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib.
Turnirdə Holdinqin tərkibindəki şirkətləri, "YAŞAT" Fondunu, digər şirkət və təşkilatları təmsil edən əməkdaşlardan, eləcə də fərdi iştirakçılardan ibarət 32 komandada 200-dək şəxs iştirak edib.
Turnirin əsas məqsədi şəhid ailələrinin üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək göstərilməsi üçün "YAŞAT" Fonduna ianələrin cəlb edilməsi olub. Turnirdə komandalarla təmsil olunan şirkətlər tərəfindən Fonda ümumilikdə 150 min manat məbləğində ianə edilib.
Komandalar 48 sualı cavablandıraraq biliklərini, düşünmə və komanda şəklində işləmə bacarıqlarını nümayiş etdiriblər. Sualların hazırlanması, cavabların yoxlanılması və yarışın idarə olunması bu məqsədlə cəlb edilmiş təcrübəli mütəxəssislər və münsiflər heyəti tərəfindən həyata keçirilib. Qalib komandalar medal və sertifikatlarla, birinci yeri tutan komanda isə "YAŞAT Kuboku" ilə təltif edilib.
NEQSOL Holding "YAŞAT" Fondu ilə uzunmüddətli əməkdaşlıq edir. 2021-ci ildən etibarən Holdinqin qərarı ilə onun tərkibindəki Azerconnect Group, Bakcell, Norm, Nobel Energy və digər şirkətlər tərəfindən Fonda ümumilikdə 4 milyon manat vəsait ayrılıb.
Əməkdaşlıq çərçivəsində səhiyyə, təhsil, məişət şəraitinin yaxşılaşdırılması və borc öhdəliklərinin ödənilməsi istiqamətlərində, eləcə də "Məktəbli ləvazimatları", "YAŞAT" Yay Düşərgəsi, Almaniya və Böyük Britaniyada yay məktəbləri, "Hədiyyə Karvanı" və "Zərif Görüş" kimi layihələrə dəstək göstərilib.
Ümumilikdə, bu əməkdaşlıq çərçivəsində 5 000-dən çox şəxsə dəstək göstərilib və onların bir çoxu bu dəstəkdən bir neçə dəfə faydalanıb. 2025-ci ildə 2 000-dən çox, 2026-cı ildə isə 2 500-dək şəxsə dəstək göstərilib.
NEQSOL Holding-in "YAŞAT" Fondu ilə uzunmüddətli əməkdaşlığı və həyata keçirilən sosial layihələr 3I – Initiativs Impact Index layihəsi çərçivəsində ən yüksək dərəcəyə layiq görülüb.
Belə ki, 2026-cı ilin iyun-avqust aylarında SIAR Research and Consulting Group özünün korporativ sosial məsuliyyət (KSM) layihəsi olan 3I – Initiativs Impact Index çərçivəsində Azərbaycanda dərc olunmuş 132 KSM təşəbbüsünü qiymətləndirib. "YAŞAT" Fondu ilə NEQSOL Holding-in uzunmüddətli əməkdaşlığı mövsüm ərzində qiymətləndirilən 132 təşəbbüs arasında ən yüksək "Flagship" reytinqinə layiq görülən yeganə təşəbbüs olub.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 18:32 Foto "ASAN xidmət"in ixrac coğrafiyasına yeni ölkələr daxil olur Daxili siyasət 18:27 Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib Daxili siyasət 18:21 Premyer Liqa: Autsayderlərin duelində qalib bəlli olmayıb Futbol 18:19 Video DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq Qarabağ 18:12 Foto Gəncədə "Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu" keçirilib - Yenilənib Daxili siyasət 18:09 Foto Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək Region 17:59 Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib Komanda 17:56 XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir Daxili siyasət 17:55 Video "Euronews": Bakıdakı AIREX sərgisi daşınmaz əmlakın inkişafına müxtəlif yanaşmaları təqdim edib Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.