İdman24
Basketbol · Report İdman

NTD strategiyasını dəyişərək əsas diqqəti gənc azərbaycanlı basketbolçuların inkişafına yönəldir

İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 24° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia NTD strategiyasını dəyişərək əsas diqqəti gənc azərbaycanlı basketbolçuların inkişafına yönəldir Komanda 21 sentyabr, 2026 10:12 NTD basketbol klubu yeni mövsüm ərəfəsində strategiyasını dəyişərək əsas diqqəti gənc azərbaycanlı oyunçuların inkişafına yönəldir.

Bu barədə "Report" a klubdan məlumat verilib.

Komandanın heyətinin əsasını Azərbaycanın U-20 millisinin basketbolçuları təşkil edəcək. Yeni strategiyanın əsas məqsədi gənc oyunçulara böyüklər arasında daha çox oyun təcrübəsi qazandırmaq və onların peşəkar inkişafı üçün şərait yaratmaqdır.

Gənc basketbolçularla yanaşı, NTD-nin heyətində bir neçə legioner də çıxış edəcək. Məşqçilər korpusunda da təyinat olub, Anar Sarıyev komandaya qoşulub.

NTD-nin baş məşqçisi Tahir Baxşıyev yeni strategiyanın səbəblərindən danışıb:

"Bu mövsüm strategiyamızı dəyişmək və komandanın əsasını Azərbaycanın U-20 millisinin üzvlərindən formalaşdırmaq qərarına gəldik. U-20 millimiz son Avropa çempionatının B Divizionunda uğurlu çıxış edərək 11-ci yeri tutdu. Bu basketbolçuların böyük potensiala malik olduğunu düşünürük və inanırıq ki, gələn il milli daha yaxşı nəticə göstərə bilər. Bunun üçün isə gənc oyunçuların daha çox meydancaya çıxması və davamlı oyun təcrübəsi qazanması vacibdir. Məhz buna görə federasiya ilə məsləhətləşdikdən sonra U-20 millisinin basketbolçularına klub səviyyəsində müntəzəm oynamaq imkanı yaratmaq qərarına gəldik. Onlarla yanaşı, heyətdə bir neçə legioner də çıxış edəcək".

T.Baxşıyev qarşıdakı mövsümün onlar üçün asan olmayacağını söyləyib:

"Amma bu, gənc basketbolçular üçün çox vacib təcrübə olacaq. Onlar mövsüm ərzində oyunlarını müxtəlif komponentlərdə inkişaf etdirə və daha da artıra bilərlər. Düşünürəm ki, bu mövsüm onların gələcək peşəkar karyerasında mühüm rol oynayacaq. Məşqçilər korpusumuzu da gücləndirmişik. Anar Sarıyev komandamıza qoşulub".

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:07 Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb Energetika 14:03 İrlandiya "Google"u 403 milyon avro cərimələyib Digər ölkələr 13:49 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Digər 13:45 "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar Futbol 13:32 Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb Fərdi 13:24 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib İnfrastruktur 13:21 Foto Video Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Hərbi 13:18 Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb Hadisə 13:16 "Tottenhem" heyətini 2 yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə