İdman24
Futbol · APA Sport

“Qarabağ Store” Ağdam Şəhəri Günündə - FOTO

“Qarabağ”ın rəsmi mağazası “Qarabağ Store” Ağdam Şəhəri Günü tədbirlərində iştirak edir.

Apasport.az xəbər verir ki, Ağdamın işğaldan azad olunmasının altıncı ildönümü münasibətilə şəhərdə təşkil olunan tədbirlərdə klubun fan-şopu da öz məhsulları ilə təmsil olunur.

“Qarabağ Store”un fan-şop üzrə rəhbəri Serkan Dinlemez Ağdamda keçirilən bayram tədbirlərində iştirak etməyin onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, klub və mağaza olaraq bu əlamətdar gündə Ağdam sakinləri ilə bir arada olmaqdan məmnunluq duyduqlarını, məhsulları vasitəsilə klubun ruhunu və Qarabağ sevgisini yaşatmağı, eləcə də sakinlərin bayram sevincinə qoşulmağı hədəflədiklərini qeyd edib.

Stenddə “Qarabağ”ın orijinal oyun formaları, at simvolu əks olunan müxtəlif aksesuarlar, klubun maskotu ilə bağlı suvenirlər və futbolçuların təsvirləri olan köynəklər nümayiş etdirilir.

Orijinal mənbə

İdman24 əsas səhifə